Cəmiyyət

Ağdamın Sırxavənd kəndində separatçıların narkotik plantasiyası aşkarlanıb – FOTO

Sharing is caring!


Lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın nəzarətinə keçən daha bir ərazidə narkotik plantasiyası aşkarlanıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, Ağdam rayonun Sırxavənd kəndi ərazisində 10 hektara yaxın ərazidə kultivasiya yolu becərilmiş çətənə plantasiyası aşkar edilib. Hazırda DİN əməkdaşları plantasiya salınmış əraziyə ümumi baxış keçirir.

Separatçılar tərəfindən plantasiya ərazisi mühafizə zonasına daxil olub. Ərazidə gözətçi qülləsi var və silahlı mühafizəçilər ərazidə xidmət aparıblar. Əlavə olaraq ərazidən 4 ədəd “Kalaşnikov” avtomatı aşkarlanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir