Siyasət

Mahir Qurbanov Kosta-Rikada Azərbaycanın öz torpaqlarını erməni işğalından azad etməsindən danışıb – VİDEO

Sharing is caring!

Qafqaz-İberoamerika Düşüncə Mərkəzi Kosta-Rikanın Orotina bələdiyyəsilə mühüm virtual görüş keçirib. 

Bu barədə Oxu.Az-a Qafqaz-İberoamerika Düşüncə Mərkəzindən məlumat verilib.

Mərkəzin rəhbəri Mahir Qurbanovun keçirdiyi görüşdə Orotina bələdiyyə şurasının sədri, katibi və başqa məsul şəxslər iştirak ediblər.

Mahir Qurbanov öz çıxışında Azərbaycanın 30 il ərzində erməni işğalı altında olmuş torpaqlarını azad etməsi barədə söhbət açıb, eyni zamanda Azərbaycanın regionda güclü ölkə olduğunu və hər zaman sülh prinsipləri əsasında həyata keçirdiyi siyasəti də vurğulayıb. 

Görüşdə qeyd olunub ki, Orotina bələdiyyəsi Azərbaycanın apardığı sülh siyasətini dəstəkləyir və tezliklə Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olacağını da arzulayır. Həmçinin görüşdə Azərbaycanın Kosta-Rika üçün vacib bir ölkə olduğu da qeyd edilib. Buna uyğun olaraq Orotina bələdiyyəsi tərəfindən müvafiq rəsmi sənəd qəbul olunacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir