Siyasət

Sınıq-salxaq liderin yaratdığı eyforiya: Ermənistanda ən ağıllı Nikoldursa…

Sharing is caring!

Azərbaycan liderinin Şuşadan verdiyi tutarlı və qəti bəyanatların əks-sədası bütün Ermənistanı bürüyüb. İrəvanın siyasi dairələri, başda Nikol Paşinyan olmaqla uzun müddət bu bəyanatlara cavab vermək üçün hazırlıqlar gördülər, bu barədə erməni mətbuatında da qeydlər yer alıb. Prezident İlham Əliyevin hər biri bir ox kimi hədəfə yönəlmiş sözlərinə, bəyanatlarına cavab vermək üçün bütün Ermənistan dövlətinin hazırlıq aparması isə olduqca normal hal hesab olunmalıdır. Çünki söhbət riyakarlıq, saxtakarlıq və s. kimi ermənilərə xas iyrənc xislətlərdən getmir ki, hər bir erməni dərhal ön plana çıxa bilsin. Söhbət siyasətdən, üstəlik də İlham Əliyev kimi dünyada nüfuz sahibi, öz xalqının lideri olan bir dövlət xadiminin tutarlı və hər bir ifadəsi siyasi təcrübə dolu bəyanatından gedirsə, o zaman İrəvanın, Paşinyanın günlərlə hazırlaşması, əl-ayağa düşüb narahatlıq keçirməsi məqbul haldır.

Bunu bir növ hansısa məktəblinin böyük bir elm xadiminə cavab verməyə hazırlaşması ilə müqayisə etmək olar. Hərçənd, bəlkə də, Nikol Paşinyanla bağlı məktəbli bənzətməsi də olduqca səxavətli seçim kimi görünə bilər. Bunu Ermənistan liderinin dünyanın siyasi arenasında ortaya qoyduğu miskin görüntüsü ilə tamamilə əsaslandırmaq olar.

Gözlənildiyi kimi, siyasət meydanında bığ yeri tərləməmiş Nikol Paşinyanın çıxışı, sadəcə, pafos və yalan-palandan ibarət oldu. Necə deyərlər, Paşinyan dünən özünü qoydu erməniliyə…

Çıxışda riyakarlıq desən, var, saxtakarlıq desən, var, yalanın əlindən isə ümumiyyətlə tərpənmək mümkün deyil. Bu cür çıxışın sahibinə hansı erməni “gözün üstə qaşın var” deyər ki?

Deyən də olmadı, əksinə, Paşinyanın riyakarlığı, yalan və böhtanları o qədər ermənilərin ruhunu oxşadı ki, bütün ölkə özünü xəyallar aləmində tapdı. Bu xəyallar aləmində isə gözünü şovinizm və revanşizm bürümüş bəzi nəşrlər hətta Azərbaycana qarşı təhqirlərdən belə çəkinmədi.

Üstəlik, müsəlman dünyasına qarşı Qarabağda saysız-hesabsız cinayətlər törətmiş, müsəlman dini abidələrini yerlə bir etmiş ermənilər öz təxribatçı paylaşımlarında müvafiq görüntüləri saxta adlandıracaq qədər ikiüzlü xislətə sahib olduqlarını göstərdilər. Hələ utanmadan müsəlman dünyası ilə heç bir problemlərinin olmadığını göstərmək üçün ermənilər İranla qardaşlıq münasibətlərini nümunə gətirdilər.

Hər halda müsəlmanların amansız düşməni olan bir xalqın və dövlətin, məscidləri tövləyə çevirən vandalların İranla qardaşlığını əsas gətirərək islam dünyasına “dost” görünmək cəhdini də Tehranın vicdanına buraxmaq lazımdır. Müsəlmanların hamisi olmaq iddiasındakı Tehranın bu ayıbı, cinayətkarın müsəlman aləminə düşmənçiliyini pərdələmək üçün yeganə arqumentinin İranla “qardaş” olmasını əsas gətirməsi sözügedən münasibətin iyrənc üzünü tam şəkildə ortaya qoyur. Şübhəsiz ki, müsəlmanlara xəyanət mahiyyəti daşıyan bu “qardaşlıq” İranın başını heç bir halda uca etməyəcək…

Ötən gün Nikol Paşinyan erməni mətbuatında “atdığı hədəfə dəyən”, “böyük lider” görüntüsü yaratsa da, ermənilərin yaddaşını təzələməkdə fayda görürük. İlk növbədə qeyd edək ki, Nikol Paşinyanın miskin və cılız obrazı böyük siyasətçi, hətta böyük sözü ilə birgə ifadə olunan heç bir müsbət anlayışla yanaşı gələ bilməz. Nikol Paşinyanın böyüklüyü elə ermənilərin çox inandığı mifik “Böyük Tiqran” qüdrəti qədər realdır.

Nikol Paşinyan müharibədə 10 mindən çox fərarisi olan “cəsur” bir xalqın sadəcə “satqın” adlandırdığı lideridir. Doğrudur, minlərlə fərarisi olan “cəngavərlər ölkəsi”nin vətəndaşlarının kiməsə satqın deyəcək üzü varmı – bunun özü də mübahisə mövzusudur, ancaq hər halda satqınların arasında belə, baş satqın kimi Nikol Paşinyan gözə çarpıbsa, bu, onun həmin təbəqə üçün layiqli lider olmasına dəlalət edir.

Ermənistanda kimin satqın, kimin fərari olduğunu aydınlaşdırmaq bizim vəzifəmiz deyil, ona görə də bu məsələdə ermənilərin öz fikirlərinə istinad etmişik.

Ancaq ötən gün tribuna arxasına keçib, özünü lider kimi qələmə verən şəxslə bağlı yaxın tarixi də xatırlatmaqda fayda var. Həm də ötən günün 10 noyabr tarixinə təsadüf etdiyini də gözardı etmək olmaz.

10 noyabr məhz Nikol Paşinyanın kapitulyasiya aktına imza atdığı tarixdir. Yəqin ki, həmin görüntülər hər birimizin yaddaşlarındadır. Harada imzalandığı hələ də bəlli olmayan bu sənəd Ermənistan dövlətinin, onun faşizm ideyalarının, erməni riyakarlığının və vandallığının ifşası, onun süqutu və darmadağın edilməsi idi. Nikol Paşinyan məhz həmin sənədin altında imzası olan, bütün bu sifətləri xalqının adından qəbul etmiş, kapitulyant “lider”dir. Onu da unutmayaq ki, müharibədən sonra keçirilən seçkilərdə ermənilər Nikol Paşinyanı yenidən özlərinə rəhbər seçiblər. Bu yerdə “taylı tayını tapar” deyimi yada düşməyə bilməz. Görünür, Nikol Paşinyanın siyasi obrazı erməniləri kifayət qədər qane edir. Onun siyasi səriştəsi və təcrübəsi elə erməniləri idarə edəcək səviyyədədir. Hər halda “satqın” adlandırıb onu yenidən lider seçmək də elə erməni riyakarlığına tam yaraşan unikal bir nümunədir.

Nikol Paşinyanın ölkədaxili obrazı bir kənara qalsın, onun beynəlxalq arenadakı görüntüsünə də bir nəzər salmaq lazımdır. Yəqin ki, dünən Nikolu “qəhrəman” edən həmin sosial şəbəkələrdə erməni liderin hər səfərindən sonra gülünc görüntülərinin ortaya çıxmasını da hər birimiz görmüşük. Adı ermənilər arasında “qələm oğrusu”na çıxan Paşinyanın diqqətçəkən bir tərəfi də onun “axıcı” və “səlis” nitqi, xüsusən xarici dildə danışarkən ortaya qoyduğu “natiqlik” bacarığıdır.

Hər halda tipik erməni ləhcəsi ilə rus dilində fikrini ifadə edəcək sözləri tapa bilməyən, tapanda isə cümlələri düzgün birləşdirə bilməyən Nikol Paşinyan bu mənada dünya liderləri arasında özünəməxsus yer tutur.

Ancaq insafən demək lazımdır ki, Nikol Paşinyanın ara-sıra ustad gedişlərini müşahidə edirik. Belə ki, Rusiyanın qucağından düşməmiş, Avropanın qucağına qaçmaq, oradan birbaşa ABŞ-ni razı salmaq üçün “əziyyət çəkib”, səhəri Fransanın ağuşunda açmaq və bütün bunları edərkən İran və Hindistanla da “mazaqlaşmaq” bu qədim sahədə ən ustad gedişlərdən biri sayılmalıdır. Nikol Paşinyan bu tarixi vəzifəni öz ölkəsi adından icra edir və görünür, hər kəsi razı salmaq üçün olduqca tər tökməli olur.

Öz ölkəsini layiqincə təmsil edən Nikol Paşinyanın spirtli içkilərə olan sevgisi də heç vaxt gizli olmayıb. Hər halda Nikol Şuşada sərxoş vəziyyətdə yallı gedib, təlxəklik edən həmin Nikoldur. Məhz TTX-sindəki bu məqamı yada salanda az-çox ötəngünkü çıxışı başa düşmək imkanımız yaranır. Çünki Ermənistan kimi cılız və miskin ölkənin bir o qədər oxşar xüsusiyyətlərə sahib lideri üçün ara-sıra riskli çıxışlar edən Paşinyanın ayıq başla olmadığını güman etməkdə arqumentlərin istinad yeri də məhz baş nazirin mütəmadi müşahidə olunan “nümunəvi davranışları”dır.

Ermənistanda ötən gün müşahidə olunan mənzərə və mətbuatın azğınlığı daha bir atalar sözünü yada salır:

“Ağıllınız kimdir? Qabaqda gedən zəncirli…”

Hər halda qabaqda gedənin mahiyyəti artıq hər kəs üçün məlumdur. Onun ən ağıllı olması isə bir xalq üçün yəqin ki, qara ləkədən başqa bir şey sayıla bilməz. Ancaq bir fakt da var ki, onu satqınların satqın adlandırdığı, fərarilərin qorxaq adlandırdığı mühitə sahib bir cəmiyyətdə Paşinyan, həqiqətən, layiqli liderdir. Bu insanın formalaşdırdığı obraz heç bir halda tipik erməni siyasətçisi obrazına xəyanət etmir, əksinə, riyakarlıq, ikiüzlülük, saxtakarlıq, fitnəkarlıq kimi ermənilərə xas bütün “ali” keyfiyyətləri özündə təcəssüm etdirir.

Nikol Paşinyan artıq sərxoş vəziyyətdə Şuşada sürünə bilməsə də, palaza bürünüb ellə sürünməyə davam edir. Odur ki, normal cəmiyyət, bəşəri dəyərlərin hörmət və ehtiram gördüyü bir mühitdə sadəcə cılız bir fiqur ola biləcək Paşinyan erməni cəmiyyətində “böyük lider” olmağa davam edəcək. Nə qədər rəzil bir mənzərə olsa da, erməni xalqının sınıq-salxaq bir lideri var və ondan bərk yapışmağa davam etməlidir. Çünki yuxarıda qeyd etdiyimiz kimi, əgər bir xalqın ən ağıllısı Nikol Paşinyandırsa, ondan sonrasını təsəvvür etmək belə, mümkün görünmür.

Ötən gün bir anlıq riqqətə gəlib, eyforiyaya qapılaraq Azərbaycana dil uzadacaq qədər azğınlaşan erməni mətbuatına isə məsləhət görürük ki, bu yazıya cavab axtarmasınlar. Çünki ortaya qoyduqları potensial və intellekt səviyyəsi ilə cavab uydurmaları belə, illər çəkə bilər. Ondansa Nikol Paşinyanın könlünə növbəti dəfə içki düşəcəyi anı gözləsinlər, hər halda bir dəlinin quyuya atdığı daşın əks-sədası onları xoşbəxt etməyə kifayət edir. Əldə olan, istinad və iftixar yerləri budur, adına “qələm oğrusu”, “satqın” və ya “casus”, nə istəyirlər desinlər, Nikol onların “böyük” lideri və “ən ağıllı”larıdır…

Orxan Tağıyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir