Dünya

Güneyli siyasətçi: “İran Azərbaycana qarşı düşmənçilik edir”

Sharing is caring!


“İran dövlətçiliyi farsçılığın üzərində qurulduğu üçün türk amilinə düşmən münasibət bəsləyir, buna görə də Azərbaycana qarşı düşmənçilik edir”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-nin Çikaqo şəhərində yaşayan Güney azərbaycanlı, “GunAz” TV-nin rəhbəri Əhməd Obalı deyib.

Onun sözlərinə görə, Azərbaycanın nüfuzu artdıqca İranın mövqeyi dəyişməz qalacaq:

“İran düşünür ki, Ermənistanın İkinci Qarabağ müharibəsində məğlubiyyəti onun Cənubi Qafqazdakı mövqeyini zəiflətdi”.

Cənubi azərbaycanlı siyasətçi bildirib ki, İranda azad qadın anlayışı yoxdur və ölkə demokratik meyarlardan çox geri qalıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir