Siyasət

Səməd Seyidov: “Avropa Parlamentinin qətnaməsi tarixin zibilliyinə atılacaq”

Sharing is caring!


“Bu qətnamə Azərbaycana qarşı qəbul edilən ilk sənəd deyil. Hər dəfə Fransa başda olmaqla ermənipərəst qüvvələrin müstəmləkəçilik siyasəti iflasa uğrayanda belə qətnamələr qəbul edilir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Avropa Parlamentinin 2023-cü il 5 oktyabr tarixli qətnaməsi ilə əlaqədar müzakirə zamanı parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Deputat bildirib ki, sözügedən qətnamə də bu məsələləri özündə ehtiva edir:

“Bu dəfə Fransa və onun ətrafında toplanan bir neçə ölkənin Azərbaycanın qələbəsini şübhə altına alaraq, status məsələsini, kənar qüvvələrin qoşunlarını bizim ərazimizdə yerləşdirmək və bununla da Azərbaycanın müstəqilliyini təhlükə altına almaq cəhdləri tamamilə iflasa uğrayıb. Bu qətnamənin içərisində Azərbaycana qarşı olan nifrət həm də ondan irəli gəlir ki, artıq onların Azərbaycana müdaxilə etmək şansları tamamilə bizim tərəfdən rədd edilib. Artıq heç kim Azərbaycanın ərazi bütövlüyünü şübhə altına ala bilməz. Ona görə açıq demək lazımdır ki, bu qətnamə islamofob qətnamədir, qorxaqlıq qətnaməsidir. Biz bu qətnamənin üzərindən xətt çəkəcəyik. Qranadada bu qətnamə qəbul olunandan sonra Avropa dövlətlərinin liderləri Azərbaycanla yüksəksəviyyəli əlaqələrdən danışırdılar, sanksiyaların qüvvədə olmayacağını bildirirdilər. Onlar özü elə bu qətnamənin üzərindən xətt çəkirdilər. Bu qətnamə də digərləri kimi tarixin zibilliyinə atılacaq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir