İdman

Ataman Güneyligil: “Voleybolu Azərbaycanda köhnə günlərinə qaytarmaq istəyirik”

Sharing is caring!


“Gənclərin voleybola yönəlməsinə çalışacağıq. Bunun üçün planlarımız var”.

Oxu.Az xəbər verir ki, bunu voleybol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Ataman Güneyligil deyib.

Türkiyəli mütəxəssis mətbuat konfransında üçmərhələli inkişaf planının olduğunu söyləyib:

“Voleybolu Azərbaycanda köhnə günlərinə qaytarmaq istəyirik. İlk olaraq Avropa çempionatında güclü qrupda mübarizə aparacağıq. Ən yaxşı nəticəni qazanmaq üçün oyunçuları hazırlamağa çalışacağıq. İkinci mərhələdə aşağı yaşlara diqqət edəcəyik. Gənclərin voleybola yönəlməsinə çalışacağıq. Bunun üçün planlarımız var. Bəlli standartlarımız olacaq. Yerli məşqçilər üçün seminarlar təşkil edəcəyik. Onlar bizimlə, biz də onlarla fikir mübadiləsi aparacağıq”.

A.Güneyligil bildirib ki, gənclərin cəlbi ilə milli komandada oyunçu sayını artırmaq niyyətindədir:

“Oyunçular haqqında məlumatlıyıq. İyirmi nəfərlik heyətimiz var. Gəncləri cəlb etməklə bu sayı artırmağa çalışacağıq. Bir həftə ərzində siyahını Azərbaycan Voleybol Federasiyasına təqdim edəcəyik”.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir