Cəmiyyət

Toyda dava edənlər restoranın pəncərəsindən yıxıldılar

Sharing is caring!

Biləsuvar rayonunda toyda dava baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar şəhəri ərazisində yerləşən şadlıq saraylarından birində qeydə alınıb.

Belə ki, toyda iştirak edən qonaqlar arasında yaranan mübahisə davaya çevrilib.
Cəlilabad rayonunun Üçtəpə kənd sakinləri – 1984-cü il təvəllüdlü Əliyev Əli Rafiq oğlu və 1977-ci il təvəllüdlü Məmmədov Anar Vidadi oğlu arasında dava olub.

Dava zamanı iki şəxsin şadlıq sarayının pəncərəsinə çırpılması onun qırılmasına və dalaşanların pəncərədən yıxılmalarına səbəb olub.

Nəticədə onlar müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir