Siyasət

Erməni jurnalist Zaxarovanın brifinqində Paşinyan hakimiyyətinin legitimliyini tanımadığını bildirib

Sharing is caring!


Ermənistanın “Verelq” nəşrinin jurnalisti Ayk Xalatyan Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin həftəlik brifinqində Nikol Paşinyanın hakimiyyətinin legitimliyini şübhə altına alıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, brifinq zamanı təxribatçı suallar verən erməni jurnalistlə Zaxarova arasında mübahisə yaranıb.

Azərbaycan tərəfindən saxlanılan separatçılarının liderlərinin geri qaytarılması və ümumiyyətlə regionda baş verən proseslərlə bağlı suallara cavabında Rusiya XİN sözçüsü Xalatyandan “Ermənistan hakimiyyəti Qarabağın Azərbaycan ərazisi olduğunu tanıyıb, siz tanımırsınız?” sualına cavab soruşub. Xalatyan isə hətta Paşinyan hakimiyyətinin legitimliyini tanımadığını söyləyib. Zaxarova isə Rusiya XİN-in həftəlik brifinqində Ermənistan mediasını təmsil edən jurnalistin öz hakimiyyətinin legitimliyini şübhə altına aldığını təəccüblə bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir