Dünya

Zaxarova: “Bizdə məlumat var ki, Qarabağı tərk edən erməniəsilli sakinlərin bəziləri qayıtmaq istəyirlər”

Sharing is caring!


“Rusiyaya məlumat daxil olur ki, Azərbaycanın Qarabağ bölgəsini tərk etmiş erməniəsilli sakinlərin bir qismi geri qayıtmağı planlaşdırırlar, Moskva bu prosesə dəstək verəcək”.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə çıxışı zamanı deyib.

“Bizə daxil olan məlumatlara görə, Azərbaycanın Qarabağ bölgəsini tərk etmiş erməniəsilli sakinlərin bir qismi geri qayıtmaq niyyətindədir. Əgər buna şərait yaradılarsa və onların təhlükəsizliyi təmin olunarsa, onlar bunu edə bilərlər”, – deyə Zaxarova bildirib.

O əlavə edib ki, belə olduğu halda Rusiya Azərbaycan tərəfi ilə təmaslar zamanı bu proseslərə köməklik göstərəcək.

Qeyd edək ki, daha əvvəl Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirmişdi ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən antiterror tədbirləri həyata keçirildikdən sonra bölgəni tərk etmiş Azərbaycanın Qarabağ bölgəsinin erməniəsilli sakinləri öz evlərinə qayıda bilərlər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir