İdman

Həbs edilən azərbaycanlı MMA döyüşçüsü vacib beynəlxalq yarışda iştirak etməyəcək

Sharing is caring!


Azərbaycanlı MMA idmançısı Vüqar Kərəmovun Yaponiyada gözlənilən döyüşü təxirə salına bilər.

Fevralın 24-də Yaponiyanın Saqa şəhərində keçiriləcək “Rizin Landmark 8” turnirinin iştirakçıları arasında Azərbaycanın qarışıq döyüş növləri üzrə idmançısı Vüqar Kərəmov da qüvvəsini sınayacaqdı.

Vüqar Kərəmov (66 kiloqram) yaponiyalı Kasumasa Madjuma ilə döyüşəcəkdi. Lakin döyüş baş tutmaya bilər.

Buna səbəb fevralın 1-də Vüqar Kərəmovun barəsində xuliqanlıq ittihamı ilə 1 ay 26 günlük həbs qətimkan tədbirinin seçilməsidir.

Turnirin təşkilatçıları V.Kərəmovun iştirakı, ona texniki məğlubiyyət verilib-verilməyəcəyi ilə bağlı hələlik heç bir açıqlama yaymayıb.

Qeyd edək ki, Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov münaqişə vəziyyəti yaratmaqla ictimai yerdə bir vətəndaşa zor tətbiq edərək xuliqanlıq hərəkətləri törətməkdə ittiham ediliblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir