Siyasət

Parlamentin payız sessiyasının qanunvericilik işləri planı açıqlanıb – SİYAHI

Sharing is caring!


Milli Məclisin 2023-cü il payız sessiyasının qanunvericilik işləri planı açıqlanıb.

Oxu.Az xəbər verir ki, sessiyanın gündəliyinə altı yeni qanunun və bir məcəllənin layihəsi daxil edilib.

Ümumilikdə, payız sessiyasının qanunvericilik işləri planı aşağıdakı kimi formalaşıb:

1. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının,  Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri;

2. Azərbaycan Respublikasının dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri;

3. Rəqabət Məcəlləsinin layihəsi;

4. Aviasiya haqqında qanun layihəsi;

5. Qiymətləndirmə fəaliyyəti haqqında qanun layihəsi;

6. Dövlət ehtiyatları haqqında qanun layihəsi;

7. Energetika haqqında qanun layihəsi;

8. Ali təhsil haqqında qanun layihəsi;

9. Qeyri-maddi mədəni irsin qorunması haqqında qanun layihəsi;

10. Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi haqqında qanun layihələri.

Qeyd edək ki, qanunvericilik işlər planı haqqında Milli Məclisin qərar layihəsi parlamentin payız sessiyasının ötən gün keçirilən ilk plenar iclasında qəbul olunub.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir