Dünya

Polşada inflyasiya son 25 ildə rekord həddə çatdı

Sharing is caring!

Polşada inflyasiya artmaqda davam edir və avqustda 16,1%-ə çatıb. Bu barədə ölkənin Baş Statistika İdarəsinin dərc etdiyi məlumatda qeyd edilir.

“2022-ci ilin avqust ayında malların və istehlak xidmətlərinin qiymətləri, ilkin hesablamalara görə, 2021-ci ilin avqust ayı ilə müqayisədə 16,1% artıb. Bu, qiymətlərin və malların artımının 16,6% səviyyəsində olduğu 1997-ci ildən bəri ən yüksək göstəricidir. İyul ayı ilə müqayisədə mal və xidmətlərin qiymətləri 0,8% artıb. Ötən ay inflyasiya 15,6% təşkil edib”, – deyə bildirilir.

Polşada ərzaq illik ifadədə 17,4%, enerji resursları 40,3%, yanacaq 23,3% bahalaşıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir