Siyasət

Elşad Hacıyev: “Azad edilən ərazilərimiz 30 il ərzində yalnız cinayətkar məqsədlər üçün istifadə edilib”

Sharing is caring!


“Bütün faktlar onu deməyə əsas verir ki, işğaldan azad edilən ərazilərimiz 30 il ərzində yalnız cinayətkar məqsədlər üçün geniş şəkildə istifadə edilib”.

“Report”un Xocalıya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu ərazilər “boz zona” hesab edildiyinə görə burada yetişdirilən, becərilən, hazırlanan, emal edilən narkotik vasitələrin müxtəlif marşrutlarla daşınması faktı var:

“Bu narkotik vasitələrin əsas istiqaməti 30 il ərzində Azərbaycan xalqının genofonduna zərbə vurmaq idi. Bütün faktlar onu deməyə əsas verir ki, ərazilərimiz 30 il ərzində yalnız cinayətkar məqsədlər üçün geniş şəkildə istifadə edilib. Bu narkotik vasitələr Ermənistanın daxili bazarı üçün nəzərdə tutulmayıb”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir