Siyasət

Qo Min: “Çin və Azərbaycan arasında ikitərəfli münasibətlər ən yüksək səviyyədədir”

Sharing is caring!


“Çinlə Azərbaycan praqmatik əməkdaşlıqda səmərəli nəticələr əldə edir və aralarındakı humanitar əlaqələr isə daha da sıxlaşır. Ölkələrimiz arasında əməkdaşlıq yolları genişlənir, inkişaf perspektivləri daha parlaq olur”.

APA xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min Bakıda ÇXR-in yaranmasının 74-cü ildönümünə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, hazırda Çin və Azərbaycan arasında ikitərəfli münasibətlər ən yüksək səviyyədədir. İki ölkəni möhkəm dostluq, tərəfdaşlıq və ortaq tale birləşdirir.

“Ötən ilin sentyabrında Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd sammiti zamanı Çin Xalq Respublikasının sədri Si Cinpinlə Azərbaycan Prezidenti İlham Əliyevin arasında uğurlu görüş keçirilib, ikitərəfli münasibətlərin gələcək inkişafının istiqamətləri müəyyənləşdirilib. Bu ilin əvvəlindən ölkələr arasında ikitərəfli yüksək səviyyəli mübadilələrdə yeni yüksəliş müşahidə olunub. Azərbaycan Prezidenti İlham Əliyev Çinin media korporasiyasına eksklüziv müsahibə verib və Çin-Azərbaycan münasibətlərinin və “Bir kəmər, Bir yol” təşəbbüsünün əhəmiyyətini müsbət qiymətləndirib. Verdiyi eksklüziv müsahibə böyük diqqət cəlb edib və rəğbətlə qarşılanıb. Azərbaycan Prezidentinin köməkçisi, Yeni Azərbaycan Partiyasının sədr müavini, Prezidentin xüsusi nümayəndəsi və bir çox nazirlər bir-birinin ardınca Çinə səfər ediblər”, – diplomat qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir