Siyasət

Vaqif Mustafayev: “Filmdəki mesaj ermənilərin doğru yola, yəni Azərbaycana getməsini göstərməkdir” – FOTO

Sharing is caring!


“Filmdəki ən böyük mesaj erməniləri doğru yola yönəltmək, onların günəşə, yəni Azərbaycana getməsini göstərməkdir”.

Oxu.Az xəbər verir ki, bunu Xalq artisti Vaqif Mustafayev “CinemaPlus”da keçirilən “Həyat deyəsən, gözəldir” filminin qala gecəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan kinolarında belə canlanma olmur:

“Özünüz izdihamı müşahidə edin. Hələ bu harasıdır. Nizami Kino Mərkəzində 28 avqust tarixində 470 nəfərlik yerə 700 insan gəlmişdi. Mənə zənglər gəldi ki, sən necə uzaqgörənsən. Filmdə bu günümüz nümayiş olunur. Dedim, bilmirəm. Xüsusi uzaqgörənlik etməmişəm. Filmdə sadəcə həqiqətə əsaslanmışam. Bütün filmlərimdə həqiqətə əsaslanıram. Bugünkü izdiham Azərbaycan kinosuna marağın necə böyük olduğunu göstərir. Filmdə Ermənistan tərəfinə ən böyük mesaj yaxşı tərəfə getmələrini göstərməkdir. Günəşə doğru irəliləmələrini, günəşin Azərbaycanda parıldadığını göstərməkdir”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir