Cəmiyyət

Gədəbəydə polis yol-nəqliyyat hadisəsi zamanı həlak oldu

Sharing is caring!


Gədəbəydə polis nəfəri xidmət vaxtı baş verən yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.

APA-nın məlumatına görə, sentyabrın 26-da saat 17 radələrində Gədəbəy rayonu ərazisində “Niva” markalı avtomobillə xidmətdə olan polis nəfəri, 1996-cı il təvəllüdlü Cahan Orucov qəzaya uğrayıb.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, hadisə nəticəsində polis əməkdaşı həlak olub. Araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir