Siyasət

Türk dövlətlərinin diaspor gəncləri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər – FOTO

Sharing is caring!


Türk dövlətlərinin diaspor gəncləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

“Report” xəbər verir ki, diaspor gəncləri ulu öndərin məzarını ziyarət edərək abidə qarşısına əklil və gül dəstələri qoyublar.

Fəxri xiyabanda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarı ziyarət olunub.

Daha sonra Şəhidlər xiyabanı ziyarət olunaraq şəhidlərin məzarı qarşısına gül dəstələri düzülüb və onların əziz xatirələri yad edilib. Eyni zamanda, Əbədi məşəlin qarşısına əklil qoyulub.

Qeyd edək ki, ziyarət Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Türk Dövlətləri Təşkilatının tərəfdaşlığı ilə sentyabrın 26-27-də Bakıda keçiriləcək “Türk dövlətlərinin diaspor gənclərinin I Forumu: Heydər Əliyev və türk dünyası” adlı tədbir çərçivəsində baş tutub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir