Siyasət

Özbəkistan prezidentinin Azərbaycana rəsmi səfərinin vaxtı açıqlandı

Sharing is caring!


Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə avqustun 22-23-də respublikada dövlət səfərində olacaq.

Bu barədə Özbəkistan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev avqustun 22-23-də bu ölkəyə dövlət səfərində olacaq. Səfər proqramında iki ölkə liderinin iştirakı ilə yüksəksəviyyəli danışıqların və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur”, – xəbərdə deyilir.

O cümlədən, gündəliyə ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin inkişafı və prioritet istiqamətlər üzrə praktiki əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirəsi daxildir.

Mətbuat Xidmətinin məlumatına görə, danışıqların yekununda bir sıra ikitərəfli sazişlərin imzalanması planlaşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir