Dünya

Turizm ölkəsini yeni pandemiya dalğası bürüyüb

Sharing is caring!

İordaniyada COVID-19 infeksiyalarının sayının artması krallıqda “Omikron BA.5” ştammı variantının sürətlə yayılması ilə bağlıdır.

Bu barədə ölkənin milli epidemiologiya komitəsinin üzvü Bassam Hicavi bildirib.

Onun sözlərinə görə, gün ərzində koronavirusa yoluxan 2210 vətəndaşın əksəriyyətində “Omikron” ştammının yeni variantı aşkarlanıb.

“Statistik göstəricilər iyunun sonundan pisləşib. Bu, İordaniyanın bütün dünya ilə birlikdə pandemiyanın yeni dalğası ilə üzləşdiyini göstərir”, – deyə epidemioloq qeyd edib.

Hicavi deyib ki, “BA.5 ştammı orijinal “Omikron”dan dörd dəfə sürətlə yayılır. Bu səbəbdən biz vətəndaşlara buster doza qəbul etməyi tövsiyə edirik, çünki bu, infeksiyanın yeni variantından qoruyur”.

Epidemioloq bildirib ki, hazırda xəstəxanalarda COVID-19-a yoluxmuş 1104 xəstə var, onlardan 124-ü reanimasiya şöbələrindədir.

Xatırladaq ki, İordaniya mayın 25-dən koronavirus məhdudiyyətlərini ləğv edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir