Dünya

“Barselona” “Ayaks”dan aldığını PSV-yə verdi

Sharing is caring!


İspaniyanın “Barselona” və Niderlandın PSV klubları müdafiəçi Serjinyo Destin icarə müqaviləsini razılaşdırıblar.

Məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, Eyndhoven təmsilçisi növbəti mövsüm üçün oyunçunun məvacibinin yarısını qarşılayacaq. Müqaviləyə satınalma bəndi əlavə edilib. PSV 10 milyon avroya ABŞ-li futbolçunu birdəfəlik ala bilər.

Serjinyo Dest 2020-ci ilin yayında digər Niderland klubu “Ayaks”dan “Barselona”ya transfer olunub. 22 yaşlı futbolçu keçən mövsümü İtaliya “Milan”ında icarədə keçirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir