Cəmiyyət

Bakı metrosunda PROBLEM: Qatar depoya yola salındı

Sharing is caring!

Bakı metrosunda qatarların intervalında gecikmə olub. 

Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, metronun “Həzi Aslanov” – “Dərnəgül” marşrutu üzrə hərəkət edən qatar “Nərimanov” stansiyasında ikən baş vaqonun qapısı bağlanmadığından normativlərə uyğun texniki baxış keçirilməsi zərurəti yaranıb:

“Maşinist əlavə texniki baxış tələb etdiyindən qatar sərnişinlər düşürülməklə “Nərimanov” elektrik deposuna yola salınıb. Nəticədə, intervaldan əlavə bir marşrut üzrə 4 dəqiqəlik yubanma yaranıb. Həmin qatarın əvəzinə xəttə ehtiyat qatar verilib”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir