Cəmiyyət

Yevlaxda TIR traktora çırpıldı: Türkiyə vətəndaşı xəsarət aldı

Sharing is caring!


Bakı-Qazax-Gürcüstan magistral yolunun Yevlax rayon ərazisindən keçən hissəsində xarici vətəndaşın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, yolun 285-ci kilometrliyində TIR traktora çırpılıb.

Hadisə nəticəsində TIR-ın sürücüsü, Türkiyənin Adana şəhər sakini, 1975-ci il təvəllüdlü Sərkan Sıddıq oğlu Şimşək xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir