Siyasət

Fərman Qurbanlı: “Türkiyəyə ilk yardım göstərən ölkə məhz Azərbaycan olub”

Sharing is caring!


“Təbii fəlakətlərin nəticələrinin necə ağır olduğunu, bəzi ölkələrin iqtisadiyyatına nə qədər ziyan vurduğunu görürük”. 

Oxu.Az xəbər verir ki, bu fikirləri MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı “Şəhərsalma Həftəsi 2023” çərçivəsində təşkil olunan “Ümumdünya Məskunlaşma Günü” Forumunda panel çıxışında deyib.

O bildirib ki, qardaşı Türkiyədə Kahramanmaşraşda qeydə alınan ərazidə 35 mindən çox bina dağılıb 50 mindən adam ölüb: “Türkiyəyə dəymiş ziyan 100 milyard dollardan çox olub. Xüsusilə mənzillərə dəymiş ziyan 50 milyard dollar civarındadır. Tarix boyu Türkiyə Azərbaycan arasında qardaşlıq münasibətləri olub. Təsadüfi deyil ki Türkiyəyə ilk yardım göstərən ölkə məhz Azərbaycan olub. 

Ölkə başçısının tapşırığı ilə FHN aidiyyəti komandası, 150 mindən çox həkim və könüllülər yardım üçün Türkiyəyə göndərilib. Ondan başqa küçədə qalan əhali üçün mobil tipli evlər və çadırlarda yardım məqsədilə göndəriliblər. Türkuyədə Azərbaycan məhəlləsi adlandırılan layihə icra ediləcəkdir. Layihə üçün 28 ha çox sahə ayrılıb. Orada inşa ediləcək yaşayış binaları inşa ediləcək ki, orada məktəb və bağçalar da olmaqla yaşayış kompleksi inşa ediləcək. Azərbaycan məhəlləsinin yerləşəcəyi ərazi seysmik zona hesab edilir. Belə ərazilərdə bina tikintisinə başlamazdan öncə seysmik aktivlik təhlil edilir. Nəticədə tikiləcək binaların materialları, müvafiq əmsallar qərarlaşdırıb. Tikiləcək binaların dördmərtəbəli olmasına qərar verilib”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir