Cəmiyyət

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün “HƏYAT VER” aksiyası keçiriləcək – FOTO

Sharing is caring!


Sentyabrın 27-də Milli Hematologiya və Transfuziologiya Mərkəzi, Mərkəzi Qan Bankı, Azərbaycan Talassemiya Federasiyası, “Winter Park Plaza”, “Winter Park Hotel Baku” və  Baku TV, “Baku.ws”, “Media.Az”, “Oxu.Az”, “Novartis” şirkətlərinin  informasiya dəstəyi ilə talassemiyalı uşaqlar üçün “HƏYAT VER” adlı qanvermə aksiyası keçiriləcək.

Aksiya “Winter Park Hotel Baku”da, 2-ci mərtəbədə, “Zümrüd” zalında (“Meeting Hall”, “Zumrud room”) keçiriləcək.

 Aşağıdakı testlərin nəticələri kampaniya iştirakçıları ilə paylaşılacaq:

– Rh faktoru;

– Qan qrupu;

– HİV infeksiyası;

– Malyariya;

– Hepatit B, C.

Qeyd edək ki, qan donorları üçün şəxsiyyət vəsiqəsinin olması məcburidir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir