Siyasət

İran Qafanda fəallığını artırıb – FOTO

Sharing is caring!


Azərbaycanın Qarabağ bölgəsində qanunsuz erməni silahlı birləşmələrini tərk-silah etməyə başlaması, Zəngəzur dəhlizinin açılması ilə bağlı səylərin artdığı bir vaxtda, İran Qafan şəhərində fəallığını artırıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Belə ki, İranın Qafandakı Baş Konsulluğu “Tarix, strateji əhəmiyyət, iqtisadi əməkdaşlıq və investisiya perspektivləri fonunda Sünik” adlı konfrans keçirib.

Konfransda şəhər meri, İran konsulluğunun nümayəndələri, iranlı və erməni tədqiqatçılar, deputatlar və iş adamları iştirak edib, münasibətlərin genişləndirilməsi, iki ölkənin xalqlarının tarixi bağları barədə çıxış ediblər.

Qeyd edək ki, İran hökuməti Qafanda baş konsulluq açdığı vaxtdan bu günədək davamlı olaraq oxşar tədbirlər keçirilir, iranlı investorların Qafana cəlb olunması üçün ciddi səylər göstərilir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir