Siyasət

XİN: “Ermənistanın Qarabağı sözdə və əməldə Azərbaycanın bir hissəsi kimi tanımasını gözləyirik”

Sharing is caring!


“Ümid edirik ki, Azərbaycanın həyata keçirdiyi tədbirlər regiona sülh və tərəqqi gətirəcək”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəhbəri Ayxan Hacızadə “The Insider” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, 44 günlük müharibədən sonra, son üç il ərzində Ermənistan hərbi-siyasi təxribatlara, o cümlədən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dair bəzi çaşdırıcı, qeyri-ardıcıl bəyanatlara meyilli olub:

“Ümid edirik ki, bundan sonra Azərbaycan və Ermənistanın daha yaxşı gələcəyi üçün zəmin yaranacaq və iki ölkə arasında sülh prosesində irəliləyiş təmin olunacaq. Son iki gündə Ermənistan tərəfdən hərbi eskalasiyanın olmaması müsbət əlamətdir. Biz ümid edirik ki, Ermənistan da Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı bəyanatlar səsləndirməkdən, addım atmaqdan çəkinəcək, Qarabağı sözdə və əməldə Azərbaycanın bir hissəsi kimi tanıyacaq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir