Siyasət

İqtisadi Şuranın hüquq və vəzifələri müəyyənləşdi

Sharing is caring!

Azərbaycan Respublikasının İqtisadi Şurasının vəzifə və hüquqları müəyyənləşib.

XəbərAl.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən  “Azərbaycan Respublikasının İqtisadi Şurası haqqında Əsasnamə”də əksini tapıb.

Sənəddə qeyd edilib ki, Şuranın vəzifələri aşağıdakılardır:

– bu Əsasnamə ilə müəyyən edilən fəaliyyət istiqamətləri üzrə dövlət orqanları (qurumları) arasında məlumat mübadiləsini təmin etmək;

-Şuranın fəaliyyəti barədə Azərbaycan Respublikasının Prezidentinə hər yarımildə bir dəfə məlumat vermək;

– ölkənin sosial-iqtisadi inkişafına dair milli prioritetlərin və sosial-iqtisadi inkişaf strategiyasının, eləcə də həyata keçirilən iqtisadi islahatların ictimai müzakirəsini təşkil etmək və nəticəsindən asılı olaraq Azərbaycan Respublikası Prezidentinə təkliflər vermək;

– Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilən digər vəzifələri yerinə yetirmək.

– Öz vəzifələrini həyata keçirmək üçün Şuranın aşağıdakı hüquqları vardır:

– bu Əsasnamə ilə müəyyən edilən fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərə yerli və xarici ekspertləri, mütəxəssisləri, habelə beynəlxalq təşkilatları, elmi müəssisələri və aidiyyəti dövlət orqanlarını (qurumlarını) cəlb etmək;

-beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla və xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək;

– fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı işçi qruplar yaratmaq;

-fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı müzakirəyə təqdim olunan hüquqi aktların layihələrinə rəy bildirmək;

– dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə, həmçinin beynəlxalq təşkilatlara zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

– Şuranın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

– Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilən digər hüquqları həyata keçirmək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir