Siyasət

Elçin Əmirbəyov: “Qarabağdakı qanunsuz silahlılar hər gün yüzlərlə insanımızın həyatına təhlükə törədirlər”

Sharing is caring!


“Qarabağda olan qanunsuz silahlılar hər gün yüzlərlə insanımızın həyatına ciddi təhlükə törədirlər. Üç ilə yaxındır ki, həmin ərazimizdə 10 minə yaxın qeyri-qanuni silahlı mövcuddur”.

“Report” xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Fransa radiosuna müsahibəsində yer alıb.

Ermənistanın separatçılara hər cür dəstək verdiyini vurğulayan E.Əmirbəyov deyib ki, Ermənistan, həmçinin separatçıları özünün dövlət büdcəsindən maliyyələşdirir:

“Bunların hamısı dövlətimizin təhlükəsizliyinə ciddi risklər yaradır. Ona görə də qərara alınıb ki, lokal antiterror tədbirləri görülsün və qarşı tərəfin legitim hərbi hədəfləri neytrallaşdırılsın”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir