Dünya

Rusiyada “Su-34” təyyarəsi qəzaya uğrayıb

Sharing is caring!


Rusiyada “Su-34” təyyarəsi qəzaya uğrayıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Voronej vilayətində baş verən qəza planlı təlim uçuşu zamanı baş verib.

“Təyyarənin iki nəfərdən ibarət ekipajı katapult edib. Onlar aerodroma təxliyə ediliblər. Onların sağlamlığına təhlükə yoxdur”, – deyə Rusiya Müdafiə Nazirliyi bildirib.

Bildirilir ki, təyyarə əhalinin məskunlaşdığı ərazilərdən uzaqda qəzaya uğrayıb, dağıntı yoxdur. Uçuş döyüş sursatı olmadan həyata keçirilib.

Qurumdan əlavə edilib ki, qəzaya səbəb texniki nasazlıq ola bilər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir