Siyasət

Ali Məhkəmədə Türkiyənin Baş prokuroru ilə görüş keçirilib

Sharing is caring!


2023-cü il sentyabrın 15-də ölkəmizdə səfərdə olan Türkiyənin Baş prokuroru Bekir Şahinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Ali Məhkəməsində olub. 

Bu barədə Ali Məhkəmənin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, qonaqları salamlayan Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov bildirib ki, bu gün Azərbaycan-Türkiyə arasında sarsılmaz dostluq münasibətləri bütün istiqamətlərdə uğurla inkişaf edir.

Qeyd edilib ki, iki ölkə arasında əlaqələrin möhkəmlənməsində dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın səmimi qardaşlıq münasibətlərinin xüsusi rolu var.

Azərbaycanla Türkiyə arasında məhkəmə-hüquq sahəsində də əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu və birgə fəaliyyət nəticəsində mövcud əlaqələrin daha da gücləndiriləcəyi vurğulanıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Bekir Şahin ikitərəfli əlaqələri yüksək qiymətləndirərək, bu münasibətlərin inkişafına xüsusi diqqət yetirildiyini qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir