İdman

Çempionlar Liqası: Qrup mərhələsinin daha üç iştirakçısı bəlli oldu

Sharing is caring!

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.

“Report”un məlumatına görə, ilk oyun günündə qrup mərhələsinə vəsiqə qazanan 3 komandanın adına aydınlıq gəlib.

“Qarabağ” Çexiyada “Viktoriya” (Plzen) kollektivinə 1:2 uduzaraq, turnirdə mübarizəni dayandırıb. Plzen təmsilçisi qrup mərhələsində çıxış edəcək.

“Benfika” səfərdə məğlub etdiyi Ukraynanın “Dinamo” (Kiyev) klubuna evdə də qalib gələrək, qrup mərhələsinə yüksəlib.

İsrailda “Makkabi” (Hayfa) komandasına 2:3 hesabı ilə uduzan “Srvena Zvezda” Serbiyada rəqibi ilə heç-heçə edərək, turnirlə vidalaşıb. Hayfa təmsilçisi ilə qrupa vəsiqə qazanıb.

23 avqust
UEFA Çempionlar Liqası, pley-off mərhələsi
Cavab oyunları

“Viktoriya” (Plzen, Çexiya) – “Qarabağ” (Azərbaycan) – 2:1
Qollar:
Yan Kopits, 58. Yan Kliment, 73 – Filip Ozobiç, 38
İlk oyun – 0:0

“Srvena Zvezda” (Serbiya) – “Makkabi” (Hayfa, İsrail) – 2:2
Qollar:
Aleksandar Peşiç, 27. Mirko İvaniç, 43 – Daniel Sundqren, 45+5. Milan Pavkov, 90 (avtoqol)
İlk oyun – 2:3

“Benfika” (Portuqaliya) – “Dinamo” (Kiyev, Ukrayna) – 3:0
Qollar:
Nikolas Otamendi, 27. Rafa Silva, 40. David Neres, 42
İlk oyun – 2:0

Qeyd edək ki, Çempionlar Liqasında digər cavab qarşılaşmaları bu gün olacaq. Hələlik qrup mərhələsinin 32 iştirakçısından 29-u məlumdur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir