Siyasət

Kəngərlidə şəhidlərin xatirəsinə bulaq-abidə ucaldılıb – FOTO

Sharing is caring!


Kəngərli rayonunun Qabıllı kəndindən Vətən müharibəsinə yollanmış şəhidlərin xatirələrinə ucaldılmış bulaq-abidə istifadəyə verilib.

“Report” xəbər verir ki, Vətən müharibəsi şəhidləri Həmid Qasımov, Qurban İbrahimov və İbrahim Əliyevin xatirəsinə ucaldılmış bulaq-abidənin açılış mərasiminə həsr olunmuş tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Fərid Bağırzadə, şəhidlərin valideynləri, Vətən müharibəsi qaziləri və kənd sakinləri iştirak ediblər.

Çıxış edənlər Kəngərli yurdunun vətənpərvər övladlarının Vətən müharibəsində xüsusilə fərqləndilərini diqqətə çatdırıb, şəhidlərin döyüş yolundan, onların göstərdiyi qəhrəmanlıq, igidlik və şücaətlərindən söhbət açıb, şəhidlərin vətənpərvər ruhda böyümələrində ailə və məktəbin böyük rolundan danışıblar.

Qeyd olunub ki, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən mərdlik və igidlik göstərdiklərinə görə baş leytenant Həmid Oruc oğlu Qasımov, Xüsusi Təyinatlı Qüvvələrin baş çavuşu Qurban Namiq oğlu İbrahimov və leytenant İbrahim Mustafa oğlu Əliyev Prezident İlham Əliyevin Sərəncamları ilə müxtəlif medallarla təltif olunublar.

Sonda şagirdlər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. Şəhidlərin xatirəsinə ehsan süfrəsi açılıb, ruhlarına dualar oxunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir