Siyasət

Şarl Mişel Azərbaycanın addımını dəstəklədi – VİDEO

Sharing is caring!


Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Ermənistanla Azərbaycan arasında normallaşma prosesinin irəliləməsi işi ilə intensiv məşğul olmağa davam edir.

Bu barədə Avropa İttifaqı Şurası Prezidentinin mətbuat katibinin yaydığı bəyanatda bildirilib.

Bəyanatda vurğulanır ki, Avropa Şurasının Prezidenti Şarl Mişel Laçın yolunun tam fəaliyyəti və Ağdam yolunun açılmasında ardıcıllığı əks etdirəcək mərhələli yanaşma təklif edib.

“Bu addımların ardıcıllığı və bu yolların hər biri vasitəsilə çatdırılacaq yükün növü, o cümlədən müşayiətedici prosedurlar son müzakirələrin əsasını təşkil edib”, – bəyanatda qeyd olunur.

Aİ keçmiş razılaşmalara və Beynəlxalq Ədalət Məhkəməsinin qərarına uyğun olaraq qeyd edir ki, Ağdam yolundan istifadə də təcili və gündəlik əsas ehtiyacların təchizatının təmin edilməsi üçün konkret və davamlı həllin bir hissəsi ola bilər:

“Bu elementlər üzrə müzakirələr Azərbaycan, Ermənistan və Avropa İttifaqı liderlərinin 2023-cü il iyulun 15-də Brüsseldə keçirilən son görüşündən sonra başlayıb. Paralel olaraq, fikir mübadilələri həm də Qarabağ ermənilərinin tezliklə elektrik enerjisi və qaz təchizatının bərpasına da yönəlib.

Aİ dayanıqlı həllə nail olmaq üçün münaqişənin kökünə baxmağın vacibliyini vurğulayıb. Bu baxımdan, Bakı ilə Qarabağda yaşayan ermənilərin nümayəndələri arasında dialoq mühüm əhəmiyyət kəsb edəcək.

Bakı ilə Qarabağ erməniləri arasında dialoq inam və etimadı gücləndirməlidir. Bu məqsədlə Aİ prosesə beynəlxalq dəstək, eləcə də əldə edilmiş razılaşmaların həyata keçirilməsinin dəstəklənməsi üçün regionda iştirak üçün müxtəlif təkliflər təqdim edib.

Yuxarıda göstərilən bütün səylərin yalnız bir məqsədi var: Bakı ilə İrəvan arasında münasibətlərin bütün əhalinin rifahı naminə qalıcı normallaşmasını təmin etmək. Bugünkü eskalasiya fonunda cəsarətli kompromis həllərin vaxtıdır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir