Siyasət

Qərbi Azərbaycan Xronikası: Qərbi azərbaycanlılar Ermənistan vətəndaşı olacaqlarmı? – VİDEO

Sharing is caring!


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

“Ermənilərin despot cəmiyyəti – unutdurulmuş həqiqət” adlı süjetdə Ermənistanın demokratikləşməsi ermənilər və oranın didərgin salınmış vətəndaşları olan qərbi azərbaycanlılara faydalı olacağına yer verilir.

Bildirilir ki, 44 günlük müharibə Ermənistana, havadarlarına və bir sıra xəyalpərəst ermənilərə Qarabağın əsl sahibinin kim olduğunu göstərdi:

“Ermənistanın təhlükəsizliyi ordudan, hərbçilərindən, ölkəyə dəvət etdiyi Avropa Monitorinq missiyasından, yaxud Rusiyanın Gümrüdə yerləşən  102 saylı hərbi bazasından deyil, Azərbaycanla münasibətlərin normallaşmasından və qərbi azərbaycanlıların öz yurdlarına qayıdışından asılıdır. Bu həm də ermənilərə, erməniliyə və Ermənistana daha fərqli, yeni və mütərəqqi bir imic qazandırar. Azərbaycanla münasibətləri normallaşdırmaq həm də bu ölkənin demokratik dəyərlər sadiqliyinin göstəricisi olar”.

Qeyd olunur ki, ermənilərə uzun illər antitürk, anti-Azərbaycan və anti-Türkiyə təbliğatı mərkəzləşdirilmiş şəkildə, zorla təbliğ olunub:

“Demokratik şəraitdə söz, fikir azadlığı, qanun şahdan uca olur. Bu səbəbdən görə Nikol Paşinyandan uca olan qanun və “Dəmir yumruq” ona Qarabağın kimə məxsus olduğunu anlatdı. O da özünü demokrat saydığında bu həqiqəti dünyaya və ermənilərə deməkdən başqa yol görmədi”.

Süjetdə ermənilərin indiyədək despot cəmiyyətdə yaşadığı, türklərə, azərbaycanlılara nifrət dolu faşist ideologiyanın erməni cəmiyyətinin düşüncəsinə yeridildiyi, bundan ən böyük ziyanı isə ermənilərin gördüyü vurğulanır, saxta “erməni soyqırımı”, “dənizdən dənizə” yalan ideyanın bunun nəticəsi olduğu göstərilir.

Sonda Qərbi azərbaycanlıların repatriasiyasını rəsmi İrəvanın hələ qəbul etməkdə çətinlik çəkdiyi diqqətə çatdırılır:

“35 il ərzində Ermənistanda mövcud olmuş ictimai-siyasi və mədəni atmosfer erməni cəmiyyətinin bunu qəbul etməsinə mane olur. Erməni cəmiyyəti hələ də elə zənn edir ki, indi Ermənistan adlanan dövlətin ərazisində ancaq ermənilər yaşayıb. Bu torpaqlar da onlara məxsusdur. Onlar Qərbi Azərbaycan ərazindəki rayonların adlarını dəyişməklə ermənilərin bu torpaqların onlara aid olmadığı kimi yaddaşını da pozub. Basarkeçər, Göyçə, Zəngəzur və başqa türk adlarının yenidən səslənməsi onların yadına unutdurulmuş bu həqiqəti də salacaq. Demokratik şəraitdə erməni cəmiyyəti də bu reallığı qəbul edəcək. Demokratiya Ermənistanın, erməni cəmiyyətinin yadına qərbi azərbaycanlıları, qonşularını salacaq”. 

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Daha ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir