Cəmiyyət

Siyəzənin Zarat kəndində leysanın fəsadları nə vaxt aradan qaldırılacaq? – VİDEO

Sharing is caring!


Siyəzən rayonunun Zarat kəndində iki gün öncə evlərini su basmış sakinlər böyük narahatlıq içərisindədirlər.  Onların evlərini sel basıb, həyətləri bərbad vəziyyətdədir. 

Bizim.Media-ya danışan Həmidə Əlyarova deyib ki, ötən gün axşam saatlarında FHN-nin Yanğından Mühafizə Hissəsinin əməkdaşları ev və həyətlərdən suyu çəkiblər, amma proses yarımçıq aparılıb: 

“Dünən axşam suyu çəkməyə gəldilər. Amma evlərdən tam çəkməyiblər. Qaynım Nahid Əlyarovun evinin altı sudur, suyu tam çəkmədilər”. 

Həmidə Əlyarova bildirib ki,qonşuların da evi pis vəziyyətdədir. Həyətlər lil-palçıq içindədir, fəsadlar tam aradan qaldırılmayıb. 

Siyəzən icra hakimiyyəti başçısının Zarat İnzibati Dairəsi üzrə nümayəndəsi Vaqif Şahbazov məlumat verib ki, ötən gün icra başçısı Novruz Novruzov selin fəsadları olan ərazidə olub. Onun FHN-nin Şimal Regional Mərkəzinə müraciətindən sonra yanğınsöndürənlər evlərdən suyun çəkilməsini təmin ediblər. 

Zarat kəndində elektrik, su, qaz sarıdan hazırda problem yoxdur.

Sakinləri əsasən həyətlərini lil basması narahat edir. Onlar evlərinə dəyən zərərin ödənilməsini istəyirlər. 

Zarat kəndində güclü sel səbəbindən fəsadların tam aradan qaldırılmaması ilə bağlı iddialara FHN-nin Şimal Regional Mərkəzindən də münasibət bildirilib. 

Qurumdan məlumat verilib ki, iki gün öncəki seldən sonra Siyəzənin Zarat kəndində də dərhal fəsadların aradan qaldırılmasına başlanılıb: 

“Su anbarını sel suları basmasından təmizlənib. Ötən gün də təkrar Zarat kəndində yanğınsöndürən qüvvələrimiz, ümumilikdə, 6 evin təmizlənməsi həyata keçirilib. Qeyd etmək lazımdır ki, həyətləri basmış lil və palçığın təmizlənməsi yanğınsöndürən texnikaların işi deyil. 
Bu işi həyata keçirmək üçün digər qurumların texnikası çağrılmalıdır. FHN-nin qüvvələri öz işlərini həm Zarat kəndində, həm Xızı rayonunun Giləzi qəsəbəsində və  fəsadlar törənmiş digər yerlərdə layiqincə yerinə yetirib.
Qaldı ki, dəyən zərərin ödənilməsinə və tam aradan qaldırılmasına, bu proses rayon Fövqəladə Hallar Komissiyasının Nazirlər Kabinetinə müraciətindən sonra vəsait ayrılacağı təqdirdə həyata keçirilə bilər”.  

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir