Dünya

İsrail hərbçiləri Qəzzada xəstəxanadan uşaqların təxliyəsinə kömək edəcəklər

Sharing is caring!


İsrail hərbçiləri bazar günü, noyabrın 12-də Qəzzada “Əş-Şifa” xəstəxanasının uşaq şöbəsindən uşaqların təxliyəsinə kömək edəcəklər.

Bu barədə İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi Daniel Haqari məlumat verib.

“Əş-Şifa” Xəstəxanasının əməkdaşları bizdən xahiş edib ki, uşaq şöbəsindən olan uşaqların sabah daha təhlükəsiz xəstəxanaya köçürülməsinə kömək edək. Biz lazımi yardımı göstərəcəyik”, – deyə o, axşam brifinqində bildirib.

Haqari vurğulayıb ki, İsrail hərbçiləri klinika binasını bloklayıb və oradan çıxmaq istəyənlər üçün keçid qalıb.

“Bu gün Qəzzadan çoxlu dezinformasiyalar gəlib, ona görə də mən faktlara aydınlıq gətirmək istəyirəm: “Əş-Şifa” Xəstəxanası mühasirəyə alınmayıb, təkrar edirəm, mühasirə yoxdur. Xəstəxanadan çıxmaq istəyən qəzzalıların təhlükəsiz çıxışı üçün xəstəxananın şərq hissəsi Əl-Vadi küçəsi tərəfindən açıqdır. Biz xəstəxana işçiləri ilə birbaşa və müntəzəm əlaqə saxlayırıq”, – deyə Haqari qeyd edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir