İdman

Taekvondoçularımız Yekaterinburqda komanda yarışında medal qazandılar

Sharing is caring!


Azərbaycan taekvondoçuları Rusiyanın Yekaterinburq şəhərində baş tutan Beynəlxalq Universitet İdman Festivalında çıxışlarını başa vurublar.

Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, turnirin sonuncu günündə yığma hesabına daha bir medal əlavə edib.

Komanda yarışında Sankt-Peterburq Lesqafta Universitetinə (Rusiya) 80:45 hesabı ilə qalib gələn milli yarımfinalda Ural Dövlət Bədən Tərbiyəsi Universitetinə (Rusiya) 38:54 hesabı ilə məğlub olaraq bürünc medala yiyələnib.

Beləliklə, baş məşqçi Məmməd Abdullayev və məşqçi Sənan Həşimovun rəhbərlik etdiyi yığma festivalı 6 medalla başa vurub. Daha əvvəl fərdi mübarizədə Səyyad Dadaşov (54 kq) çempion tituluna yiyələnib. Vaqif Hacıyevlə (68 kq) Eltac Qafarov (80 kq) gümüş, Pərviz İskəndərov (63 kq) və Adil Eyvazov (58 kq) isə bürünc medala sahib olublar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir