Siyasət

Xankəndiyə yola salınan humanitar yük avtomobilləri Ağdama çatıb – YENİLƏNİB + FOTO/VİDEO

Sharing is caring!


Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AQAC) Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola saldığı humanitar yardım Ağdama çatıb.

Bu barədə “Report”un avtomobilləri müşayiət edən əməkdaşı xəbər verir.

Hazırda içərisində 40 ton un məmulatları olan iki TIR Ağdam rayonu ərazisindən Ağdam-Xankəndi yolu istiqamətinə hərəkət edir.

15:31

Bakıdan Xankəndiyə yola salının humanitar yük avtomobilləri Ağdama doğru irəliləyir.

Baku TV-nin avtomobilləri müşayiət edən əməkdaşı xəbər verir ki, unla yüklü iki avtomobil hazırda Yevlax rayonu ərazisindədir.

Qeyd edək ki, 40 ton un yüklənmiş humanitar yardım avtomobillərinin Ağdam-Xankəndi yolu ilə hərəkət etməsi planlaşdırılır.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

09:36

“Bu gün bizim humanitar karvanımız yola düşəcək. Biz Ağdam-Xankəndi yoluna yollanacağıq”.

“Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (QAC) prezidenti Novruz Aslan deyib.

Onun sözlərinə görə, ilkin mərhələ üçün 40 ton un məmulatları göndəriləcək:

“Bu addım Xankəndidə yaşayan ermənilər və beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanacaq. Gələcəkdə qiymətləndirmə prosesini həyata keçirə bilsək, onların digər ehtiyacı olduğu ləvazimatları da çatdıra bilərik”.

Daha çox foto burada: PhotoStock.az

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir