Cəmiyyət

Şəkidə 10 otaqlı evdə yanğın olub

Sharing is caring!


Şəkidə 10 otaqlı fərdi yaşayış evində yanğın olub.

APA-nın məlumatına görə, yanğın saat 16 radələrində, Şəki şəhəri Dadaş Bünyadzadə küçəsində, 1965-ci il təvəllüdlü Rafiq Nurməmməd oğlu Məmmədəliyevə məxsus ümumi sahəsi 400 kvadratmetr olan iki mərtəbəli, 10 otaqlı evdə baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin ikinci mərtəbəsində sahəsi 20 kvadratmetr olan bir otağın içərisindəki əşyalar və yanar konstruksiyaları qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir