Siyasət

Avropa Şurasının Baş katibi: “Dialoq regionda davamlı sülhün açarıdır” – FOTO

Sharing is caring!


Azərbaycana səfəri çərçivəsində Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç AŞ-nin Bakı ofisinin əməkdaşları ilə görüşüb və onlara gördükləri işlərə görə təşəkkür edib.

Bu barədə xanım diplomat “X” sosial şəbəkəsində yazıb.

“AŞ-nin Bakı ofisinin əməkdaşları ilə görüşmək həmişə xoşdur. Əla işinizə görə təşəkkür edirəm”, – paylaşımda deyilir.

Avropa Şurasının Baş katibi həmçinin Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və Milli Məclisin sədri Sahibə Qafarova ilə səmərəli görüşlər keçirdiyini də qeyd edib.

“Dialoq regionda davamlı sülhün açarıdır”, – M.Peyçinoviç-Buriç bildirib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir