Cəmiyyət

Nazirlik: “Vətəndaşlarda olan qanunsuz silah-sursatların könüllü təhvil verilməsi prosesi davam edir” – FOTO

Sharing is caring!


Vətəndaşlarda olan odlu silah-sursatların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən bildirilib ki, ötən günlər ərzində Səbail Rayon Polis İdarəsinə müraciət edən paytaxt sakinləri E.Hüseynov dünyasını dəyişən babasından qalan “İJ-18”, R.Əbilova dünyasını dəyişən həyat yoldaşından qalan “Chircill” və A.Kərimov dünyasını dəyişən atasından qalan “Toz-17” markalı ov tüfənglərini könüllü olaraq təhvil veriblər. Əhalidə saxlanılan qanunsuz odlu silahların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində aparılan profilaktik tədbirlərə dəstək verdikləri üçün vətəndaşlara təşəkkür edilib.

Həmçinin Badamdar qəsəbəsi ərazisində odlu silah-sursatın olması barədə daxil olan məlumat əsasında Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı həmin yerə baxış keçirilib. Qeyd edilən ünvandan təhlükəsizlik tədbirləri görülməklə bir ədəd “Kalaşnikov” avtomatı, 72 ədəd patron, bir ədəd patron darağı və bir ədəd qumbara aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində Şamaxı və Oğuz rayon sakinlərindən iki ədəd müvafiq sənədləri olmadan qanunsuz olaraq saxlanılan ov tüfəngləri aidiyyəti polis şöbələrinin əməkdaşları tərəfindən təhvil götürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir