Cəmiyyət

Ümidini itirməyən xocalılı uşağın gözlənilməz addımı – VİDEO

Sharing is caring!


Rejissor Elxan Qasımovun “Biz qayıdacağıq” filmi Xocalıdan qaçqın düşən ailənin ağrılı həyatından bəhs edir.

Filmin ssenaristi Natiq Rəsulzadə ekran işinin yaranma tarixini belə xatırlayır:

“Xocalı soyqırımı mənə çox təsir etdi. Bu təsir altında əsər yazdım. Bir müddət sonra ona yeni gözlə baxdım və düşündüm ki, bundan yaxşı film alınar. Daha sonra Elxan Qasımovla danışıb, ideyanı ona çatdırdım. Dedi ki, gəl, bu filmi çəkək”.

Azərbaycan torpaqlarının işğalı, ermənilərin törətdiyi qətliamlar, Xocalı soyqırımı, yurdundan qovulmuş soydaşlarımızın çətin həyatı filmin süjet xəttidir.

Baş qəhrəman Zakir Qasımov anası ilə birgə Xocalıdan qaçqın düşüb. Gözəl səsi olan Zakirin ən böyük arzusu öz torpağına qayıtmaqdır. Anası hər dəfə “bizim evimiz yoxdur” dedikdə, Zakir onunla razılaşmır.

Zakir pul qazanmaq, ailəsinə baxmaq üçün müxtəlif işlərdə çalışır. O, işlədikcə həyatın sərt üzünü görür. Onunla birlikdə qaçqın düşən kişinin yalandan dilənməsi, müxtəlif üsullarla varlanması Zakirdə ikrah hissi oyadır.

Qaçqın düşərgəsindəki toy, humanitar yardımın paylanması ilə toyun yarımçıq qalması heç vaxt Zakirin yaddaşından silinmir. Şəhərdəki dəbdəbəli toyun şahidi olan Zakir bir anlıq xəyalında canlandırır: görəsən, humanitar yardım maşını gəlsə, bu toy da yarımçıq qalarmı?

Ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir