Cəmiyyət

İşğaldan azad edilmiş Kupyansk şəhərinin meri: “Qarşı tərəf yenə hücum edir, ciddi itkilərlə üzləşirlər”

Sharing is caring!


Keçən il işğaldan azad edilmiş Ukraynanın Xarkov vilayətinin Kupyansk şəhəri ötən gündən etibarən yenidən Rusiya ordusunun kəskin hücumuna məruz qalıb.

Kupyansk şəhərinin meri Andrey Besedin bölgədə olan “Report”un Şərqi Avropa bürosunun müxbirinə vəziyyətlə bağlı açıqlama verib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri (SQ) öz mövqelərində dayanıb, işğalçıya – mülki əhaliyə, vacib infrastruktur obyektlərinə daim zərbələr endirməyə çalışan düşmənə layiqli cavab verir:

“Xatırladım ki, Ukrayna ordusu ötən ilin sentyabrında Kupyansk şəhərini azad edib. Həmin dövrdən indiyədək cəbhə xəttindən təxminən doqquz kilometr məsafədə yerləşir. Odur ki, Kupyansk hər gün atəşə tutulur. Bu dövrədək gördük ki, düşmən – Rusiya yalnız mülki əhali, kritik infrastrukturla mübarizə apara bilir və bizim şəhərlərimizi dağıdır. Burada müharibəyə aid heç nə yoxdur. Bu, soyqırımı və terror aktdır. Bir sözlə, Ukrayna SQ-yə, bizi qoruyan hərbçilərimizə inanırıq. Onlar yavaş-yavaş şəhərlərimizi, qəsəbələrimizi azad edirlər. Əminik ki, düşmən yaxın vaxtlarda ərazilərimizdən çıxarılacaq və biz mütərəqqi dünya ilə birlikdə bərpa işləri istiqamətində irəliləyəcəyik”.

Şəhər meri əlavə edib ki, bu il Kupyanskda 20-dən çox mülki vətəndaş həlak olub, 40-dan artıq insan yaralanıb.

“Burada mənzil fondunun 35-40 faizinə ziyan dəyib. Kupyansk şəhərinin mərkəzi hissəsindəki binaların 98 faizi dağılıb.

Kupyansk şəhəri azad edildikdən sonra Rusiya bu ərazini yenidən işğal etmək üçün cəhdlər edib. Lakin qarşı tərəf bu istiqamətdə heç nəyə nail ola bilmir, ciddi itkilərlə üzləşir. Düşmən müntəzəm olaraq daha ciddi hücumlar edir, bəzən daha az fəal olur. Bu ay ərzində hücumların miqyasında artım müşahidə olunur: həm zərbələr, həm də hücum baxımından”, – o vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir