Cəmiyyət

“Bəzi məktəblərdə kifayət qədər biliyi olmayan şəxslər dərs deyiblər” – AÇIQLAMA + FOTO

Sharing is caring!


“Hesab edirəm ki, hazırkı dövrdə müəyyən bir mərhələ üçün müəllimlərin sertifikasiya imtahanından keçirilməsinə ehtiyac var”.

Bunu Oxu.Az-a açıqlamasında deputat Ceyhun Məmmədov bildirib.

Onun sözlərinə görə, illər əvvəl təhsilimizdə baş verən xoşagəlməz hadisələrin nəticəsində bəzi məktəblərdə kifayət qədər biliyi olmayan şəxslər dərs deyiblər:

“Hazırda nazirlik bu məsələdən çıxış yolunu sertifikasiyada görür və proses davam edir. Bu proses uzunmüddətli olmamalıdır və bununla paralel olaraq, biz universitetlərdə təhsilin keyfiyyətinin artırılması istiqamətində də addımlar atmalıyıq”.

Deputat əlavə edib ki, sertifikatlaşdırma müəllimin öz üzərində davamlı işləməsi, nəticəsini yaxşılaşdırması üçün ciddi stimul yaradır.

Qeyd edək ki, Azərbaycanda “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın strateji hədəflərindən biri müəllimlərin sertifikasiya prosesinə cəlb edilməsidir ki, ötən il 11 mindən çox müəllim sertifikatlaşdırma imtahanından keçib. 

Onlardan 80 faizi (8 843 nəfər) keçid balını toplayıb. Sertifikatlaşdırmadan keçmiş 3 163 müəllim vəzifə maaşına 35 faiz əlavə, 5 624 müəllim isə 10 faiz əlavə alıb. 

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir