Siyasət

Hindistan kobrasının Azərbaycana atılması: Modi Ermənistanı necə silahlandırır? – VİDEO

Sharing is caring!


2020-ci ilin noyabrında Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasına dair Üçtərəfli Bəyanatın imzalanmasından sonra “daşlar ölkəsi”nin hökuməti Moskvanı Ermənistana artıq pulu ödənilmiş silah-sursatı verməməkdə ittiham edərək, Rusiya ilə hərbi-texniki əməkdaşlığı məhdudlaşdırıb.

Böyük hərbi texnika və silah itkilərini kompensasiya etmək üçün İrəvan Nyu-Delhi ilə fəal hərbi əməkdaşlığa başlayıb. Baş nazir Nikol Paşinyan bunu 2022-ci ildə Ermənistan parlamentinin tribunasından bəyan edib. O bildirib ki, hökuməti Hindistanla müxtəlif növ silah və hərbi texnikanın tədarükünə dair yüzmilyonlarla dollarlıq müqavilələr imzalayıb.

Hindistan və Ermənistanın hərbi qurumları arasında son vaxtlar tez-tez baş verən təmaslar da xüsusi diqqətə layiqdir. Onu da vurğulayaq ki, Hindistan Ukraynada müharibə başlamazdan xeyli əvvəl Ermənistana gizli şəkildə silah verib.

Bəs Hindistan Ermənistana gizli və ya açıq şəkildə hansı silahları verir?

Daha ətraflı “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir