Siyasət

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Sharing is caring!


Qərbi Azərbaycan İcması Kanadanın xarici işlər nazirinin növbəti anti-Azərbaycan acıqlamasını, Azərbaycanın suveren ərazilərinə münasibətdə qondarma, əcaib addan istifadə etməsini kəskin şəkildə pisləyir.

Bu barədə İcmanın bəyanatında deyilir.

“Davamlı olaraq Azərbaycan əleyhinə mövqe sərgiləyən, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləməsinə və onların öz evlərinə qayıtmasına imkan verməməsinə göz yuman kanadalı nazir nədənsə Azərbaycanın beynəlxalq hüquqa uyğun şəkildə atdığı legitim addımlardan xoflanır və ölkələrin suverenliyi və ərazi bütövlüyünə münasibətdə ikili standartlar yanaşmasından çıxış edir.

Xanım nazirə xatırladırıq ki, tarixi yerli xalqlara qarşı ədalətsizliklər, ayrı-seçkiliklərlə dolu olan, vaxtilə BMT-nin yerli xalqların hüquqları haqqında bəyannaməsinə qarşı çıxmış çox az sayda ölkələrdən biri olan Kanada Azərbaycana qarşı ittihamlar səsləndirmək üçün mənəvi hüququnu çoxdan itirib.

Kanadalı nazirin erməni icmasını məmnun etmək üçün düşdüyü acınacaqlı vəziyyətə acıyır və onun Azərbaycana qarşı qondarma açıqlamalarını rədd edirik”, – İcmanın bəyanatında bildirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir