İdman

Etirazlar nəticə verdi: UEFA Rusiya millisi ilə bağlı qərarı ləğv etdi

Sharing is caring!


UEFA 17 yaşadək futbolçulardan ibarət Rusiya millisi ilə bağlı qərarını ləğv edib.

Bu barədə Qitə futbol qurumunun saytı məlumat yayıb.

UEFA bir müddət əvvəl sözügedən komandanın beynəlxalq turnirlərdə iştirakına icazə vermişdi. Lakin bir çox ölkələrin etirazı səbəbindən millinin beynəlxalq turnirlərə qatılmaqla bağlı qadağa qərarı bərpa olunub.

Qeyd edək ki, Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlar səbəbindən bu millilərinin və klublarının UEFA və FIFA-nın bayrağı altında keçirilən yarışlarda iştirakdan məhrum edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir