Siyasət

“İtkinlərimizin ailəsi məni bağışlasın…”

Sharing is caring!

Könül İsmayılova: “Məncə, ölüm əsir həyatından yaxşıdır…”

“Biz itkinimizin meyidini tapanda da şükr edən xalqıq. Bu, Azərbaycan xalqının özəlliklərindən biridir. Sevinirik ki, öldüsündən-qaldısından xəbərimiz olmayan insanımızı nəhayətdə tapırıq, el qaydasınca dəfn edirik. Həm ölümüzün ruhu rahatlıq tapır, həm 31 il gözü yolarda qalan əzizləri rahatlıq tapır”.

Xəbəral.az xəbər verir ki, bunu Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova şəxsi “facebook” hesabında yazıb.

Könül xanımın Birinci Qarabağ Müharibəsi zamanı itkin düşənlərimizin meyitlərinin qalıqlarının tapılması ilə bağlı fikirlərini təqdim edirik:

“Birinci Qarabağ Müharibəsi zamanı itkin düşənlərimizin meyitlərinin qalıqları tapılanda istər-istəməz şükr edirsən ki, yaxşı ki erməni əsirliyində deyillər. İtkinlərimizin ailəsi məni bağışlasın, məncə, ölüm əsir həyatından yaxşıdır. Axı əsirlikdə yaşanan işgəncələr min kərə öldürür insanı…

İllərdir özünü korluğa vuran dünya bu Azərbaycanın hansı ədalətsizliklərə uğradığının fərqindədirmi görəsən? İşğaldan azad etdiyimiz torpaqlarda minalardan tutmuş itkinlərimizin meyitlərinin qalıqlarına, kütləvi məzarlıqlara qədər nələri aşkar etmirik… Aşkar edib göstəririk ki, ay ədalətdən, demokratiyadan dəm vuran dövlətlər, baxın, sizin ədalətiniz bumu?! 31 il bir insan ömrüdür, bu qədər vaxtda itkin yolu gözləmək nədir bilirsizmi?! Hələ əsrlikdə olanlarımız… Haqsızlıq, ədalətsizlik bu qədər də olmaz axı…

Allah şəhidlərimizə rəhmət eləsin. Allah itkinlərimizə vətən torpağında dəfn edilmək nəsib etməklə ruhlarına rahatlıq versin. Azərbaycan xalqı dözümlü və mübariz xalqdır. Torpaqlarımıza sahib çıxdıq və bizim olanı qoruyacağıq. Tanrı Azərbaycan ordusuna qüvvət versin. Ali Baş Komandanımızla irəli!”

/Birinci Qarabağ müharibəsində Şuşa rayonunun Daşaltı kəndində şəhidlik zirvəsinə ucalan Məhərrəm Abbasov/

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir