Dünya

Finlandiya Ukraynaya növbəti hərbi yardım paketi hazırladığını açıqlayıb

Sharing is caring!


Finlandiya hakimiyyəti Ukraynaya növbəti hərbi yardım paketi hazırlayır.

Bu barədə ölkə hökumətinin başçısı Petteri Orpo Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hökumət artıq 18-ci yardım paketini hazırlayır.

“Biz bu həftə qərar qəbul edib, daha ətraflı məlumat verəcəyik”, –  deyə hökumət başçısı öz rəsmi saytında yazıb.

Qeyd edək ki, Finlandiyanın Ukraynaya göstərdiyi yardımın ümumi məbləği 1,7 milyard, hərbi yardımın məbləğı isə 1,2 milyard avrodur.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir