Siyasət

İsmayıl Axundov: “Ermənistan ordusu geri çəkilərkən özləri ilə aparmadığı ahılları bizim hərbçilər qoyurub”

Sharing is caring!


“Vətən müharibəsində Ermənistan ordusu geri çəkilərkən özləri ilə aparmadığı və nəticədə köməksiz, ac-susuz, ölüm təhlükəsilə üz-üzə qalmış erməni ahıl şəxslər Azərbaycan hərbçiləri tərəfindən qorunub, onlar döyüş bölgəsindən təcili təxliyə edilib, xəstəxanalara yerləşdirilib və qısa müddətdə qarşı tərəfə qaytarılıblar”.

“Report” xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov itkin düşmüş şəxslərlə bağlı brifinqdə deyib.

Onun sözlərinə görə, Ermənistan hərbçiləri tərəfindən beynəlxalq humanitar hüquq normalarının pozulmasına dair belə bir faktlar da var ki, qarşı tərəf qəfildən hücum edən zaman yataqda olan xəstə, ahıl insanlar evlərini tərk edə bilməyib. Əsir-girovluqdan azad edilmiş şəxslərin ifadələrinə əsasən, onları ermənilər evin içində yandırıb, döyərək ağır işgəncələr verib, ağacdan asıb və ya güllələyiblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir